Unutsaq, unudularıq

Cari tədris ilində Keyfiyyət ilinin davamı olaraq Təhsil Naziri C.Bayramovun "Ümumi Təhsil Sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri" barədə əmrində Azərbaycan ədəbiyyatının, incəsənətinin, dövlətçiliyinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlər, o cümlədən müasir dövrümüzün tanınmış, elm, incəsənət, ədəbiyyat adamları ilə "Unutsaq, unudularıq" başlığı altında keçirilməli olan görüşlərin təşkilinə xüsusi diqqət yetirilimişdir. Bugün məktəbimizdə məhz belə görüşlərdən biri baş tutdu. Tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi Məmmədova Yaqut xanım müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, "Şərəf nişanı", "Şöhrət" ordenləri ilə təltif olunmuş fərdi prezident təqaüdçüsü, Xalq şairi Nəriman Həzənzadəni kollektiv adından salamladı. Sonra şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olundu. Nəriman müəllim şagirdlərin suallarını cavablandırdı. Sonra kövrək qəlbli şair tədbir iştirakçıları ilə öz xatirələrini bölüşdü, şeirlərindən nümunələr söylədi.
Tədbirdə məktəb kolektivi ilə yanaşı rayon ictimaiyyətinin nümayəndələri də iştirak edirdilər.