"Mənim Bayrağım " müsabiqəsinin qalibləri

Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 9 Noyabr -Dövlət Bayrağı Günü münasibətilə Xəzər rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında şeir , rəsm , inşa yazı müsabiqəsi keçirilmişdir.IXe sinif şagirdi Namətova Səbinə şeir müsabiqəsi, IV sinif şagirdi Ağayeva Aysu "Mənim bayrağım " adlı rəsm müsabiqəsi üzrə I yer , Xa sinif şagirdi Jalə Ağazadə isə inşa yazı müsabiqəsi üzrə fərqlənmə diplomuna layiq görülmüşdür. Şagirdlərin bu nailiyyətlərinə sevinir və onlara uğurlar arzulayırıq.