"Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə" inşa yazı müsabiqəsi

Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə məktəbin X-XI sinif şagirdləri arasında milli-mənəvi dəyərlərin təbliği, vətənpərvərlik hissinin gücləndirilməsi, habelə Azərbaycançılıq ideologiyasının təşviqi məqsədilə “Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə “ inşa yazı müsabiqəsinin I turu keçirilmişdir.
Müsabiqənin məktəbdaxili mərhələsindən həm Azərbaycan, həm də rus bölməsində olan şagirdlər iştirak etmişdir. Azərbaycan bölməsi üzrə Əlizadə Lalə, Qasımova Fəridə, rus bölməsi üzrə Hacıyeva Kövsər və Əliyeva Ülviyyə uğur qazanaraq növbəti mərhələyə keçmişdir.