Dövlət rəmzləri - müstəqilliyimizin simvoludur

Azərbaycan Respublikasının Təhsil naziri cənab Ceyhun Bayramovun 14 avqust 2018-ci il tarixli F-550№li əmrinə əsasən "Tədris ili ərzində hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycan Dövlət Himninin ifası ilə başlanmasını təmin etsinlər " bəndini əsas tutaraq məktəbin müəllim və şagird kollektivi yeni iş həftəsinə Dövlət Himninin səsləndirilməsi ilə başladı. Yüksək vətənpərvərlik hissi ilə oxunan Himn Vətənə olan sonsuz sevginin bariz nümunəsidir.