Balacaların müstəqillik sevinci

18 Oktyabr Azərbaycanın Dövlət Müstəqillik Günü ilə əlaqədar olaraq məktəbimizin 1a, 3h, 3g, 3ğ siniflərində tədbirlər keçirilmişdir. Tədbirdə " Sağlam Təhsil - Sağlam Millət " layihəsinin sosioloji blokunun rəhbəri Nigar Şahhüseynbəyova, məktəbin direktor əvəzi Yaqut Məmmədova, təlim-tərbiyə üzrə direktor müavinləri Əliyeva Esmira və Əliyeva Leyla iştirak etmişlər. Müstəqillik Gününün əhəmiyyəti haqqında şagirdlərə məlumat verilmiş ,bu günün önəmi ilə bağlı söhbətlər edilmişdir.