18 Oktyabr -Azərbaycan Dövlət Müstəqilliyi Günüdür

Məktəbin tarix müəllimi Samirə Məmmədovanın təşkilatçılığı ilə 18 Oktyabr -Azərbaycan Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etmişdir.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda ifa edilən şeirlər və mahnılar iştirakçılar tərəfindən maraqla qarşılandı. Tədbirin sonunda məktəbin direktor əvəzi Yaqut Məmmədova çıxış edərək tədbir haqqında fikirlərini söylədi və bu gün münasibətilə tədbir iştirakçılarını təbrik etdi .