"Sağlam Təhsil - Sağlam Millət " layihə siniflərində açıq dərslər

"Sağlam Təhsil - Sağlam Millət" layihə siniflərində açıq dərslər keçirilmişdir. Belə ki , Sevinc Həşimova 4 "a " , Aynur Əhmədova 4"d" siniflərində Azərbaycan dili fənni üzrə nümunəvi dərslər vermişlər.
"Az danışmağın gözəlliyi" və "Sözün qüdrəti" mövzuları üzrə keçirilən dərslərin əsas məqsədi az və çox danışmağın əhəmiyyətini izah etmək, sözün qiymətini, dəyərini, böyüklüyünü şagirdlərə mənimsətmək idi.
Açıq dərslər yeni təlim metodları və kurikulum standartlarına uyğun olaraq keçirilmişdir. Şagirdlər müzakirə və debat zamanı olduqca fəal idilər. Dərslərdə məktəbin direktor əvəzi Yaqut Məmmədova, təlim - tərbiyə işləri üzrə direktor müavinləri Esmira Əliyeva, Leyla Əliyeva və digər ibtidai sinif müəllimləri iştirak etmiş, dərsin sonunda müvafiq tövsiyə və təkliflərini vermişlər.