Nayma Qəhrəmanova ilə görüş

            03.10.2018-ci il tarixdə 26 nömrəli tam orta məktəbdə Təlimə Dəstək Mərkəzinin dəstəyi ilə riyaziyyat dərsliyinin müəllifi Nayma Qəhrəmanova ilə ibtidai sinif müəllimlərinin görüşü təşkil edilmişdir. Görüşdə məktəbin direktoru Yaqut Məmmədova, Təlimə Dəstək Mərkəzinin riyaziyyat fənni üzrə metodisti Fəzail Məmmədov, ibtidai siniflər üzrə direktor müavinləri Esmira Əliyeva və Leyla Əliyeva, həmçinin Bakı şəhəri Xəzər rayonu 26 nömrəli, 322 nömrəli, 234 nömrəli, 125 nömrəli, 206 nömrəli tam orta məktəblərin I və II siniflərində dərs deyən ibtidai sinif müəllimləri də iştirak etmişlər. Məktəbin direktoru Yaqut Məmmədova giriş sözü ilə dərslik müəllifi Nayma Qəhrəmanovanı, qonaqları, o cümlədən fənn müəllimlərini salamlamış,  onlara görüşün məqsədi, mahiyyəti haqqında məlumatlar vermişdir.

            Müəllif Nayma Qəhrəmanova çıxışında  riyaziyyat fənn kurikulumunun məzmun xətləri və alt standartları, şagirdlərdə riyazi bacarıqların və vərdişlərin, məntiqi təfəkkürün formalaşdırılması yolları haqqında fənn müəllimlərinə müvafiq tövsiyələr vermiş, müəllimləri maraqlandıran sualları cavablandırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi