“Rəqəmsal Bacarıqlar” pilot layihəsi məktəbimizdə

Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli 2345 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrə uyğun olaraq, təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və yüksək fəaliyyətinə nail olunması, məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etmək məqsədi ilə 2018-2019-cu tədris ilində məktəbin V və VI siniflərində “Rəqəmsal Bacarıqlar” pilot layihəsi həyata keçirildi. Rəqəmsal sistemin uğurlu tətbiqi üçün layihədə çalışan müəllimlər Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitunun nəzdində təşkil edilən təlimlərə cəlb olunmuşdur.
Layihənin həyata keçirilməsində məqsəd şagirdlərdə alqoritmik düşüncə, məntiqi bacarıqları inkişaf etdirmək, yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməkdir.