Xüsusi riyaziyyat sinfinin açılması ilə əlaqədar olaraq valideynlərlə görüş

     

         24.09.2018-ci il tarixində  məktəbimizdə yeni formalaşdırılan Xüsusi  riyaziyyat təmayüllü sinfin şagirdləri və valideynləri ilə görüş keçirildi. İclasda məktəbimizin direktoru Məmmədova Yaqut , kurasiya üzrə təlim – tərbiyə işləri üzrə müavin Məmmədova Ülviyyə və yeni formalaşan sinif rəhbəri  Abazova Mehriban iştirak etmişdir.

           Məktəbin direktoru bu sinfin təşkil olunmasında məqsədin bu sahə üzrə xüsusi istedadı  ilə  seçilən şagirdlərin  elmi potensiallarının   inkişaf etdirmək onları müvafiq istiqamətlər üzrə daha yaxşı hazırlaşmasının  təmin edilməsi  olduğunu açıqladı.

            Eyni zamanda 2018-2019 – cu tədris ilində təşkil olunacaq  siniflərin heyəti  03.06.2018 – ci il  tarixdə təşkil olunub keçirilən  məktəblilərarası fənn müsabiqələrinin  birinci mərhələsinin nəticələrinə əsasən  müəyyən olunduğu vurğulandı . Həmin siniflərdə ayrı-ayrı fənləri  diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlərin tədris edəcəyi söylənildi .

            Sinif komplekləşdirilməsi ilə  bağlı valideynləri  maraqlandıran suallara cavab verildi və gələcək dərslərində şagirdlərə uğurlar arzulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi