Bilik günü

      Hər bir millətin gələcəyi onun təhsili ilə müəyyən edilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev elmə, təhsilə yüksək qiymət verərək demişdir: “ Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq”. "Bilik günü"nün hər il respublika səviyyəsində təntənə ilə qeyd olunması, həqiqətən də, ümumxalq bayramını xatırladır.

Həmişəki kimi , bu il də “Bilik günü”  məktəbimizdə böyük coşqu ilə qeyd olundu. Tədbirdə yerli özünüidarə orqanlarının nümayəndələri, müəllim, şagird və valideynlər iştirak etdilər. Məktəbin direktor əvəzi Yaqut Məmmədova məktəb kollektivini, şagird və valideynləri yeni dərs ili münasibətilə təbrik etdi və nailiyyətlər arzuladı. Direktor müavinləri  keçən dərs ilində əldə olunan uğurlardan, yüksək balla respublikanın ali məktəblərinə daxil olan məzunlardan fərəhlə söz açdılar.

     Tədbir birincilərin hazırladığı bədii hissə ilə davam etdi. Alqış sədaları altında ilk zəng səsləndi. Səmanı al-əlvan şarlar bəzəyərək tədbirə xoş ovqat qatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi