“20 YANVAR - QAN YADDAŞIMIZDIR”

Bu gün 26 saylı məktəbin təlim – tərbiyə işləri üzrə direktor müavini Əskərova Rənanın rəhbərliyi altında rus bölməsinin şagirdləri “20 YANVAR – QAN YADDAŞIMIZDIR” adlı tədbir keçirdi. Şagirdlər şəhidlərə aid şeirləri, hazırladıqları slaydları təqdim etdilər. Nahidə müəllimin şəhidlərə həsr olunmuş bəstəsini pianoda ifa etdi. Qluşko Alyona adlı şagirdin yazdığı şeiri Bərzigiyarova Alina səsləndirdi. Sonda M. Aynur, N. İreyhan və M. Arzu müəllimin rəhbərliyi ilə şagirdlər şəhid İ.Tağıyevin büstü üzərinə qərənfillər düzdülər.