Şərqdə ilk dövlət

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Bu gün 26 nömrəli tam orta məktəbdə " Həyat gün deyil, zamandan qopmuş əbədiyyətdir." adlı tədbir keçirildi.Tədbirdə məktəbin rəhbərləri , müəllimlər və şagirdlər iştirak etdilər. Cümhuriyyətimizin 100 illiyi ilə bağlı hamı bir-birini təbrik etdi. C.Məmmədquuluzadənin "Azərbaycan" məqaləsində olan monoloq səsləndirildi.Şagirdlər 100 illik tarixdə baş vermiş tarixi faktlardan,o dövrdə yaranmış əsərlərdən söhbət açdılar.Tədbirin sonunda məktəbin direktoru Hüseynağa Qasımov hamını təbrik edərək tədbir haqqında fikirlərini söylədi.