Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir

26 nömrəli tam orta məktəbində xalqımızın ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Məktəbin direktor Hüseynağa Qasımov görkəmli dövlət xadimi, müdrik siyasətçi, ulu öndər Heydər Əliyevin təhsil sahəsində həyata keçirdiyi islahatlardan, elm və təhsilin inkişafına göstərdiyi qayğıdan söz açdı. Bildirdi ki, gənc nəsli bilikli və savadlı görmək bu görkəmli şəxsiyyətin ən böyük arzusu idi.
Tədbirdə “Heydər Əliyevin dilimiz və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında rolu”, “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Ulu Öndərin həyata keçirdiyi iqtisadi islahatlar” və digər mövzularda məruzələr dinlənildi. Aysel Məmmədovanın hazırladığı tədbirdə şagirdlər H.Əliyevə həsr olunmuş şeirlər,mahnılar səsləndirdilər.Tədbir haqqında məktəbin direktor müavini Susilə Abbasova öz fikirlərini söylədi.