26 il Şuşasız....

Erməni silahlı bölmələrinin Azərbaycanın dilbər guşələrindən biri, Qarabağ xanlığının tarixi paytaxtı Şuşa şəhərini işğal etməsindən 26 il ötür. Məktəbin tarix müəllimi Elçin Əliyev və hərbi hazırlıq müəllimi, Şuşada döyüşlərdə şəxsən iştirak edən Əlican Əlicanov çıxış edərək yurdumuzun cənnət guşəsi olan Şuşa şəhərinin xalqımız üçün ağır itki olduğunu və tezliklə ona qovuşacağımıza inamını ifadə etdi.
Məktəbin şagirdləri “Azərbaycan” marşının sədaları altında əllərində üçrəngli bayraq səhnəyə daxil oldular. Sonra Xan Şuşinskinin ifasında “Şuşanın dağları” mahnısı səsləndirildi. Məktəbin şagirdləri “Şuşa, biz sənə qayıdacağıq” adlanan ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. Xalq şairi Zəlimxan Yaqubun “Bu gecə yuxuma girmişdi Şuşa”, şeirini söylədilər. Daha sonra ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi haqqında dediyi sözlər səsləndirildi.