Oxu günü

        Aprelin 26-da Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olundu.Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən tədbirdə paytaxtın 40-dan artıq ümumtəhsil məktəb şagirdləri, məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqlar müxtəlif təqdimatlarla çıxış etdilər. Məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəcik və tamaşalar, musiqili kompozisiyalar, rəsm əsərləri təqdim etdilər. Şagirdlər intellektual yarışlarda iştirak edib, fləşmob keçirdilər. Bu tədbirdə 26 saylı məktəbin şagirdləri də iştirak etdi. Məktəbin direktoru Hüseynağa Qasımovun və həmin məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ziyagül Hüseynovanın rəhbərliyi ilə hazırladığı tədbir nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi