Mən Tolerantlığı necə başa düşürəm?

Məktəbimizin fəaliyyət planına əsasən “ Beynəlxalq Tolerantlıq günü”- nə həsr olunmuş “ Mən tolerantlığı necə başa düşürəm” mövzusunda yuxarı sinif şagirdləri arasında dəyirmi stol, seminar tədbirlər keçirildi. 22, 23, 25 dekabr 2015-ci il tarixlərində tarix müəllimlərindən Dadaşova Gülyaz, Əliyev Elçin, Məmmədova Samirə, Əzimova Əfsanə, Şahgəldiyeva Rəvanə tərəfindən VIII,IX,X,XI sinif şagirdləri ilə tədbir keçirildi. Şagirdlərin təqdimatları və çıxışları dinlənildi. Müasir dövrün əsas əlamətlərindən biri olan tolerantlılıq haqqında geniş məlumat verildi, hadisələri əks etdirən slaydlar göstərildi.