Açıq qapı

Bu gün məktəbimizdə iyirmi açıq dərsin müzakirəsi keçirildi. Qeyd edək ki, açıq dərslər humanitar fənlər üzrə təşkil olunmuşdu. Məktəbimizin qonaqları digər məktəblərin rəhbər və müəllimləri,o cümlədən Təlimə Dəstək layihəsinin nümayəndələri idi.Müəllimlər, o cümlədən Samirə xanım və Vəfa xanım dərsləri bir -bir müzakirə etdilər.Müəllimlərin dərsləri bəyənildi. Gələn qonaqlar məktəbimizdə təşkil olunmuş sərgiyə də münasibətlərini bildirdilər.