Biz Kimik?

İ.Tağıyev adına 26 saylı tam orta məktəbdə ana dili gününə həsr edilmiş tədbirlər içərisində Azərbaycan dili müəllimi Nəcəfova Rəna müəllimənin təşkil etdiyi "Biz kimik?" adlı tədbiri xüsusilə qeyd etmək lazımdır. Tədbir hərtərəfli maraqlı və öyrədici xarakter daşıyırdı. Azərbaycan millətinin dili və kökü barəsində tarixçilərimiz məlumat verdikdən sonra, adı çəkilən sual şagirdlərə ünvanlandı. Tədbirdə eyni zamanda şagirdlərin hazırladığı çıxışlar çox maraqlı idi. Tədbirin əsas maraqlı məqamlarından biri şagirdlərin insanlarla hazırladığı müsahibə və xalq şairi Səməd Vurğunun Vaqif dramından fraqmentin nümayişi oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi