Ana dilimiz şirindir.

Bakı şəhər 26 saylı tam orta məktəbdə “Ana dilim şirindir” adlı tədbir keçirildi.Tədbirdə məktəb rəhbərliyi,müəllim və şagird kollektivi iştirak etdi. İlk olaraq tədbir aparıcıları Beynəlxalq Ana dili gününün və dilimizin tarixi haqqında maraqlı məlumatları və fakları iştirakçıların nəzərinə çatdırdılar. Bədii hissədə şagirdlərin hazırladıqları şeirlər,səhnəciklər, dilimizlə bağlı mahnılar və rəqs nümunləri nümayiş olundu.
V f sinif şagirdlərinin şəhərimizin müxtəlif yerlərində müşahidə edib çəkdikləri dilimizin saflığına xələl gətirən materiallar əsəsında hazırlanan videoçarx tədbir iştirakçılarının marağına səbəb oldu.Şagirdlərin təqdim etdikləri bir səhnəcikdə məişətdə,gündəlik həyat tərzimizdə işlədilən çoxsayli xarici söz və ifadələrin istifadəsi tənqid olundu.Səhnəciklər- Şah İsmayıl,Qacar və M.P.Vaqif obrazları diqqətə layiq idi.
Tədbirimizin sonunda məktəbin direktoru Hüseynağa Qasımov dilimizin tarixi haqqında əlavə məlumat verərək dilimizin gözəlliyini böyük həvəslə tərənnüm edən şagirdlərə təşəkkürünü bildirdi.