Qanlı 20 Yanvar...

20 Yanvar hadisələrinə həsr edilmiş silsilə anım tədbirlərindən biri də rus sektorunun müəllim və şagird heyətinin iştirakı ilə keçirildi. Tədbir rus sektoru dərs hissə müdiri Əskərova Rəna müəllimənin rəhbərliyi ilə hazırlanmışdır. Tədbiri tarix müəllimi Soltanov Kərim açdı və həmin acı günlərin tarixinin yaddaşımızda bir daha təzələnməsinə vəsilə oldu. Daha sonra 20 Yanvara aid şeir kompozisiyaları hazırlamış şagirdlərimiz çıxış etdilər. Şəhidlərin ruhu bir dəqiqəlik sükut ilə yad edildi. Tədbirin sonunda növbə ilə müəllimlərin rəhbərliyi ilə siniflər şagirdlərin əl işlərindən hazırlanmış və 20 Yanvara həsr edilmiş guşədə ekskursiya keçdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi