20 Yanvar

Bu gün 20 Yanvar faciəsindən 28 il ötür. Bu münasibətlə məktəbimizdə “20 Yanvar – qan yaddaşımızdır” adlı anım mərasimi keçirildi.
Şagirdlər 20 Yanvara aid şeirlər söylədilər, səhnəciklər göstərdilər və videoçarxlar nümayiş etdirildi. Məktəbdə 20 Yanvar faciəsinə həsr edilmiş rəsm və inşa müsabiqəsi keçirilmiş, divar qəzetləri və foto-stendlər hazırlanmışdır.Məktəbimizin tarix müəllimləri Şahgəldiyeva Rəvanə və Əliyev Elçin bu tədbirə başçılıq edirdilər.
Bu gün bütün siniflərdə 1-ci dərslər 20 Yanvar faciəsinə həsr olundu. Müəllimlərimiz xalqımızın azadlıq və müstəqillik uğrunda apardıqları mübarizə barədə şagirdlərə ətraflı məlumatlar verdilər.