“ Kitabi- Dədə Qorqud “və H.Fridrix fon Dits-200”

“ Kitabi- Dədə Qorqud “və H.Fridrix fon Dits-200” 10 dekabr 2015-ci ildə Ümummilli lider H.Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Şagird Konfransı keçirildi.Tədbir Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında keçirildi. İlk əvvəl “Kitabi Dədə Qorqud “dastanına həsr olunmuş rəsm sərgisi ilə tanışlıq oldu.Daha sonra yerli və xarici ölkə məktəblilərinin çıxışları dinlənildi.26 N-li məktəbin şagirdləri Məmmədzadə Püstəxanım ,Tağızadə Könül dastan haqqında fikirlərini söylədilər. Tədbirin bədii hissəsində Aşıq Altay sazda gözəl bir müsiqi ifa etdi.Dövlət Uşaq Filormaniyasının “Sədəf “xalq alətləri ansamblının çıxışını izlədik.