31 Dekabr -Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Dekabrın 29 da 26 saylı tam orta məktəbdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirildi.Tədbirdə valideyinlər, müəllim və şagirdlər iştirak edirdilər. Dövlət himni səsləndi. Aparıçılar bayram tədbiri haqqında məlumat verdilər. Məktəbin direktoru Hüseynağa Qasımovun təşkilatçılığı ilə tədbir başlandı.
 Şagirdlərin məlahətli səsləri tədbiri birazda rəngarəng və maraqlı etdi. Onların ifa etdiyi mahnılar şagirdlərin rəqsləri ilə tamamlandı.Şaxta baba və Qar qız səhnəyə gələrək başlarına gələn sərgüzəştlərdən danışdılar. Tapmacalara cavab verən şagirdlərə hədiyyələr verildi. Milli geyimdə rəqs edən şagirdlər tədbir iştirakçıları tərəfindən maraqla izləndi. Tədbirdə "Yaşa xalqım", "Can sənə qurban" mahnıları səsləndi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi