Fiziklər də zarafat edir....

15.12.2017 ci il tarixində məktəbimizdə rus sektorunun fizika müəllimi İmaməliyeva Leyla müəllimənin rəhbərliyi ilə "Fiziklər də zarafat edir" adlı fizika fənninə həsr olunmuş KVN tipli tədbir keçirildi. Tədbirin əsas məqsədi iştirakçıları həm əyləndirmək, həm də maariflənfirmək idi. Tədbir yarış və bədii hissədən ibarət idi. Şagirdlər bir-birindən gözəl səhnəciklərlə hamini sevindirdi. Tədbirin gözəl keçməsi zalda duyulan alqış səslərindən bəlli olurdu. Sonda məktəbin direktoru Hüseynağa Qasımov tədbir iştirakçılarını gözəl çıxış münasibətilə təbrik etdi. Tədbirin əyləncəli xarakterli olmasına baxmayaraq, həmçinin zalda əyləşən şagirdlər üçün maarifləndirici olmasını qeyd etdi.