"Salam, yaradıcılıq!" adlı tədbir

08.12.2017 tarixində 26 № li məktəbdə Beynəlxalq Rəssamlar Gününə həsr edilmiş "Salam yaradıcılıq" adlı tədbir keçirildi. Tədbir məktəbin rus sektorunun müəllimləri və şagirdlərinin iştirakı ilə keçirildi. Tədbirin rəhbəri rəsm müəllimi Binaktari Gülnarın rəhbərliyi ilə keçirildi. Həmçinin tədbirin təşkilatçılığında, səhnənin bəzədilməsi, uşaqların geyimi və musiqi tərtibatında valideynlər də yaxından iştirak etdi. Tədbir şagirdlərin hazırladığı şeir və musiqi kompozisiyası ilə başladı. Daha sonra gənc rəssamlara işləyəcəkləri mövzuda tapşırıqlar verildi. Rəssamların iş prosesi zamanı tədbirin bədii hissəsi davam etdi. Şagirdlər rəsm əsərlərini təqdim etdi və müvafiq diplomlarla təltif edildilər. Sonda məktəbin direktoru Hüseynağa müəllim və dərs hissə müdirləri çıxış etdi, tədbirin çox qeyri-adi  və rəngarəng olmasını qeyd etdilər. 90 dəq yaxın davam edən tədbir müəllim və valideynlərin əməkdaşlığının uşaqların inkişafı və təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında necə mühüm əhəmiyyət kəsb etdiyini bir daha sübut etdi. Tədbirin videogörüntüsü tezliklə saytımızın "Videoqalareya" bölməsinə yerləşdiriləcək, şagirdlərin əl işlərilə isə, "Foto albom" bölməsindən tanış ola bilərsiniz.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi