Fənn olimpiadasının I tur qalibləri

Məktəbimizdə keçirilən fənn olimpiadasının I turunun qalibləri artıq müəyyən olundu. Olimpiada qalibləri ilə məktəbin direktoru Hüseynağa Qasımov şəxsən görüşdü. Şagirdlərə gələcək dərslərində uğurlar arzuladı. Bundan sonra qaliblər müvafiq dərəcəli diplomlarla təltif olundular. Diplomların təqdimetmə mərasimində dərs hissə müdirləri və fənn müəllimləri də iştirak etdilər.