Bayraq Gününə həsr edilmiş tədbir

Bayraq gününə həsr edilmiş silsilə tədbirlərimizdən biri də rus sektorunun ibtidai sinif müəllimi Könül Abbasovanın təşkil etdiyi tədbir və dərsin sintezi oldu. Bayraq gününə həsr edilmiş dərs çox maraqlı keçdi. Şagirdlər fəal şəkildə qrup və cütlər formasında sərbəst tapşırıqlar üzərində çalışdılar. Müasir dərs formasının bütün parametrlərinə cavab verən üsullardan istifadə edilmişdi. Buna dərs zamanı müəllimin izahını müşayiət edən təqdimatı, uşaqların sərbəst işi zamanı səslənən motivasiyaedici musiqini misal çəkə bilərik. Eyni zamanda sinfin gözəl tərtibatı da diqqətdən yayınmadı. Açıq dərsdə məktəbin direktoru Qasımov Hüseynağa müəllim, dərs hissə müdirləri və digər müəllimlər də iştirak etmiş, öz fikirlərini, təklif və iradlarını söyləmiş, sonda şagirdləri bayram münasibətilə təbrik etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi