Bayraq Günü

7 noyabr 2016-cı il tarixdə İ,Tağıyev adına 26 saylı tam orta məktəbdə“9 Noyabr- Dövlət Bayraq günü”ilə əlaqədar tədbir keçirildi.İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Sonra tədbiri giriş sözü ilə məktəbin direktoru Hüseynağa Qasımov açdı. O, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi və Dövlət Bayrağı günü haqqında məlumat vedi.Bildirdi ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009 - cu il noyabrın 17- də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalamışdır. Məhz bu sərəncama uyğun olaraq noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı günü kimi təntənə ilə qeyd olunur. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Dövlətinin suverenliyi rəmzidir. Bayraq bizim milli dəyərimizdir. Şagirdlərimiz” Bayraq günü” ilə əlaqədar şeirlər söyləyib,səhnəciklər təqdim edib,mahnılar ifa etdilər.Tədbirin sonunda məktəbin direktoru Hüseynağa Qasımov tədbiri hazırlayan müəllimlərə- Leyla Əliyevaya və Reyhanə Məmmədovaya təşəkkür etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi