Uşaqların mədəni həyatı

13 noyabr 2015 – ci il tarixdə 26№ li tam orta məktəbdə “Uşaqların asudə vaxtı və mədəni həyatı “mövzusunda disput keçirildi. Disput məktəbin tarix müəllimi Məmmədova Ülviyyə təşkil etmişdi. X sinif şagirdlərinin iştirak etdiyi bu tədbirdə uşaqlar asudə vaxtlarını necə təşkil etdikləri haqqında sərbəst düşüncələrini söylədilər. Disput çox maraqlı keçdi. Kimisi asudə vaxtını mütaliə, kimisi musiqi dinləmək, kimisi isə internetdə dünya haqqında maraqlı məlumat toplamaqla məşğul olduqlarını bildirdilər. İdman yarışlarına hazırlaşanlar da öz fikirlərini söylədilər.