Bayraq mənliyimdir, bayraq kimliyim.......

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.Bu münasibətlə 26№li tam orta məktəbdə Dadaşov Gülyazın başçılıığı altında tədbir keçirildi. Tədbirdə bayrağımızın şəninə şeir və musiqilər səsləndirildi.Canlı ifa isə tədbir iştirakşılarının zövqünü daha çox oxşadı. İstedadlı şagirdlərin öz yazdıqları şeirlər xüsusilə müəllimlər tərəfindən yüksək qiymətləndirildi.