Bayrağımız qürur mənbəyimizdir.

Sənsən Azadlıq eşqim,sənsən Hürr -deyəcəyəm,Ən son nəfəsimdə də sənə şeir deyəcəyəmŞuşada sən qonduğun daşa pir deyəcəyəm,Çəkəcəyəm gözümə kölgən düşən torpağıAzərbaycan bayrağı, Azərbaycan bayrağı!Hər birinizi Bayraq Günü münasibətiylə təbrik edirik və deyirik: Daima zirvədə ol, dalğalan, ey BAYRAĞIM! Bayraq Günü münasibəti ilə 26 saylı məktəbin şagird kollektivi tarix müəllimi Əliyev Elçinin rəhbərliyi ilə Bayraq meydanında olmuşlar.Elçin müəllim “Bayrağımız qürur mənbəyimizdir”adlı açıq dərs keçirdi.Dərsdə bayrağımızın tarixi haqqında geniş məlumat verildi.Muzeydə xanlıqların bayrağı şagirdlərə nümayiş etdirildi.Bundan başqa müxtəlif eksponatlar da şagirdlərin diqqətini cəlb etdi.Daha geniş məlumatı isə muzeyin işçiləri tədbir iştirakçılarına çatdırdılar.Sonda şagirdlər müəllimlərlə birlikdə hazırladıqları bədii kompozisiyanı təqdim etdilər.