Suriyadakı uşaq və gənclər üçün bir ümid

Məktəbimiz “Suriyadakı uşaq və gənclər üçün bir ümid” adlı kampaniyaya qoşulub. Kampaniya çərçivəsində I sinifdən başlayaraq XI sinif şagirdlərinə qədər hamıya məlumat verilib ki, Suriyada baş verən hadisələrlə bağlı keçirilən aksiyaya qoşulmaq çox təqdirəlayiq hadisədir. Məhz bu aksiya çərçivəsində şagird və müəllim kollektivi böyük məmnuniyyətlə müxtəlif əl işləri, hədiyyələr, istər məktəbli, istərsə də kiçik yaşlı uşaqlar üçün geyim və dərs ləvazimatları toplayıblar. Toplanmış bütün əşyalar bağlamalar halına salınaraq S. Vurğun 43 ünvanında yerləşən Dünya Biznes Mərkəzinə təhvil verilib. Bütün kollektiv mübarək Ramazan ayı və Uşaqların Müdafiə Günü ilə bağlı keçirilən bu dəstəkdən razı qalıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi