"Son zəng" çalınıb

XI sinfi bitirən şagirdlər üçün “Son zəng” çalınıb.Son zəng - bu bəlkə də 11 il oxuyan şagirdin 11 illik tarixində yeganə gündür ki, o günü həm sevinclə həm də kədərlə qarşılayır. Bu gün məktəb dövrünün ən son, yüksək zirvəsidir. Bu zirvəni yaşamaq əslinə qalsa çox qürur vericidi. Çünki bu gündən etibarən sən məktəbdə oxuyan şagird yox, artıq müstəqil Azərbaycanın azad gənclərinə çevrilirlər. Arzu edirik ki, məzun adından sonra tələbə adına layiq olsunlar. Tədbir məktəbin həyətində keçirildi. Məktəbin direktoru Əlican Əlicanov mərasimi açıq elan edərək, sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib. Direktor “Son zəng” münasibətilə onbirinciləri təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb. Tədbirdə çıxış edən digər qonaqlar məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıb və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə ediblər. Tədbirin sonunda müəllimlər və məktəbin rəhbərləri XI sinif şagirdlərini təbrik etdilər. Tədbirdə məktəb məzunları və birincilərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib. Məktəb həyatına əlvida deyən məzunlar birincilərə hədiyyələr təqdim ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi