Azərbaycan musiqi janrları

Məktəbimizin rus bölməsinin ibtidai sinif müəllimi Abbasova Könülün 4"x" sinfində açıq dərsi oldu. Bu dərsin məqsədi Azərbaycan musiqilərini şagirdlərə dinlətməklə yanaşı, onların tarixi haqında məlumat çatdırmaq idi. Dərs boyu " Sarı gəlin", "Laylalar", "Payız gəldi" musiqiləri səsləndirilidi. Röya adlı şagird "Uzundərə" rəqsini, O. İslam isə tarda "Rast" muğamını ifa etdi. Dərs boyu müxtəlif iş və üsullardan istifadə olundu. Cütlərlə iş zamanı şagirdlər daha fəal iştirak etdilər. "Payız gəldi" musiqisi səslənildiyi vaxt isə müəllim şagirdlərə daha maraqlı tapşırıqla müraciət etdi. Onlar musiqini dinlədikləri zaman fikir və düşüncələrini çəkdikləri şəkillərlə nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi