Əlifba bayramı

12.06.2017- ci il tarixində məktəbin rus bölməsinin ibtidai sinif müəllimi Əsgərova Nəzrin sinif rəhbəri olduğu I i sinifi ilə bərabər Əlifba bayramı keçirtdilər.Tədbir Azərbaycan Respublikasının dövlət himnin səslənməsi və üçrəngli bayrağın qaldırılması ilə başladı. Qonaqlar duz-çörəklə qarşılandı.Bayramda hərbi vətənpərvərliyə geniş yer verilmişdir.Mübariz İbrahimovun simasında uşaqlar vətənpərvər şeirlər söylədilər.Sonra isə il ərzində öyrəndikləri bilikləri nümayiş etdirdilər,maraqlı səhnəciklər göstərdilər.Məktəb rəhbərliyi gənc müəllimin hazırladığı tədbiri böyük rəğbətlə qarşıladı və təşəkkür elan etdi.