Əlvida ilk müəllimim!

Xəzər rayon 26 nömrəli tam orta məktəbdə 4 –cü sinfi, ibtidai təhsili başa vuran şagirdlərin “Əlvida ilk müəllimim!” adlı tədbiri keçirildi. 4 il bundan əvvəl müəllim Esmira Əliyeva bu şagirdləri birinci sinfə qəbul edərək onlara qələm tutmağı, hərfləri yazmağı öyrətdi. Bu gün isə artıq bu fidanlar ibtidai bilikləri mənimsəyərək orta təhsilə başlayırlar. Onlara ilk müəllimlərindən, öz doğma müəllimlərindən ayrılmaq çox çətindir. Şagirdlər müxtəlif rəqs nümunələri,səhnəciklər nümayiş etdirdilər. Tamaşaçılar bu səhnələri böyük rəğbətlə qarşıladılar. Şagirdlər çox böyük məharətlə rolları ifa etdilər.Tədbirə məktəbin rəhbərləri , məktəbin müəllimləri və valideynlər dəvət olunmuşdu.Məktəbin direktoru Əlicanov Əlican qonaqları salamlayaraq onlara Esmira müəllim və şagirdlərinin məktəbə verdiyi töhfələrdən, onların daim hazırladığı maraqlı tədbirlərdən danışdı. Sonda şagirdlərin 1-ci sinifdən 4-cü sinfi başa vurana qədər keçdiyi yolları əhatə edən , kövrək hisləri dilləndirən maraqlı videorolik nümayiş etdirildi.Sonda Esmira müəllim şagirdlərini təbrik etdi və gələcəkdə dərslərində onlara uğurlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi