Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir

26 nömrəli tam orta məktəbdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə çıxış edən məktəbin direktoru Əlicanov Əlican uşaqların hüququnun təmin edilməsi ilə bağlı 1 iyun 1950-ci il tarixdə BMT-nin Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınan Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında şagirdlərə geniş məlumat verib, ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə diqqətin artırılması, uşaqların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Tədbirdə şagirdlər müxtəlif mahnı və rəqslər ifa edib, ədəbi-bədii kompozisiyalar göstəriblər.