Azərbaycan təbiəti

Məktəbimizin coğrafiya müəllimi Zülfiyyə Muradova IX A sinif şagirdləri ilə "Azərbaycan təbiəti" adlı maraqlı tədbir hazırladı.Tədbirdə şagirdlər Azərbaycanın gözəl təbiətinə həsr olunmuş slaydlar təqdim etdilər, doğma diyarın coğrafi mövqeyindən söhbət açdılar. Şagirdlər gözəl yurdumuza həsr olunmuş musiqi nömrələri nümayiş etdirdilər. Tədbirdə məktəbin rəhbərləri və müəllimlər şagirdlərin çıxışlarını diqqətə layiq hesab etdilər. Tədbirin sonunda məktəbin direktoru Əlicanov Əlican tədbir iştirakçılarına təşəkkür etdi.