Respublika Gününə həsr olunan tədbir

26.05.2017-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 illiyi ilə əlaqədar tədbir keçirilib. İbtidai sinif müəllimləri Bağırova Elnurə və Əliyeva Kəmalənin rəhbərliyi altında keçirilən tədbirdə ilk olaraq məktəbin direktoru Əlican Əlicanov çıxış edərək şagirdlərə şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, mövcud olduğu qısa müddət ərzindəki fəaliyyəti barədə geniş məlumat verib. Tədbirdə çıxış edən müəllimlər ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs ediblər. Şagirdlər müstəqilliyə, vətənpərvərliyə həsr edilmiş şeirlər və mahnılar söyləyiblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi