9 May - faşizm üzərində Qələbə Günü

08.05.2017-ci il tarixdə Şuşanın işğal olunmasının 25 illiyi ilə əlaqədar “"25 il Şuşasız.......” adlı tədbir keçirildi. Tədbirdə şagirdlər Şuşanın işğal tarixindən bəhs edən videoslaydlar nümayiş etdirdilər, vətənpərvərlik mövzusunda şeirlər və mahnılar söylədilər. Şagirdlərə qələbəyə inam hissləri aşılandı və işğal olunmuş torpaqlarımızın heç vaxt unudulmayacağı, tezliklə azad olunacağı mövzusunda danışıldı.Məktəbmizin direktoru Əlicanov Əlican bu döyüşlərin iştirakçısı kimi ermənilərin törətdiyi vəhşiliklərindən danışdı. 6-cı sinif şagirdlərinin iştirakı ilə məktəbimizin tarix müəllimi Əliyeva Gülyazın hazırladığı bayram tədbiri keçirilmişdir. Tədbir Böyük Vətən Müharibəsində faşizm üzərində qanlı döyüşlərdə qazanılan Qələbəyə həsr olunmuşdur. Tədbirdə məktəbin direktoru , direktor müavinləri və digər fənn müəllimləri iştirak etmişlər. Tədbirin məqsədi şagirdlərdə vətənpərvərlik hissini daha da gücləndirmək idi. Daha sonra rus dilində şeirlər oxunmuş və mahnılar ifa edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi