"Son zəng"

Bu gün son günümüz , son zəngimizdi.Canlanir könlümdə xoş xatirələr.Bu gun son ayrılıq görüşümüzdü.Heyf ayrılırıq otən günlərdən. Hər il olduğu kimi bu il də 11-ci siniflər "son zəng"-in həyəcanını yaşayır. Pedaqoji ictimaiyyət və şagirdlər üçün "son zəng " ən gözəl tədbirlərdən biridir. Bu gün, bu vida, bu "son zəng" 11-ci sinif şagirdlərinin həyatının yeni mərhələlərinə atılmaqlarının başlanğıcıdır. Ömür səhifələrini vərəqlədikcə ömrünün hansı fəsli olursa olsun yenidən o məktəb , gənclik illərinə qayıdır, onun hərarətini qəlbində hər zaman duyursan. "Son zəng" tədbiri məktəbin həyətində keçirildi. Şagirdlər rəqs nümunəsi, fləshmoblar nümayiş etdirdilər. Əlaçılar rəhbərlik tərəfindən diplomla mükafatlandırıldı. Arzu edirik ki, arzular qanadında yaşatdığimız pərvazlaşmağa hazırlaşan arzularınız həyata keçsin. Səsiniz ali təhsil ocaqlarının auditoriyasından gəlsin. Bu ilin məzunlarına uğurlar arzulayırıq." Son zəng" təbdirində Bakı şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətinin təşkil sektorunun müdiri Afiq Əzizov, Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri və Buzovna qəsəbə Bələdiyyə üzvləri də iştirak edirdilər.