31 MART SOYQIRIM" GÜNÜ İLƏ BAĞLI TƏDBİR

31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar 26 nömrəli tam orta məktəbdə tədbir keçirildi. Tədbirdə müəllim və şagirdlər “31 Mart soyqırımı günü” ilə əlaqədar şəhidlərmizi 1 dəqiqəlik sükutla yad etdilər. Tədbirdə məktəbin direktoru Əlicanov Əlican, direktor müavini Abbasova Susilə, tarix müəllimi Əliyev Elçin, 10 a sinif şagirdləri Əliyeva Nəzakət,Kərimova Fatimə,Cabbarova Səadət,Əhmədova Humay və başqa müəllimlər çıxışlarında azərbaycanlıların başına gələn faciədən, soyqırımdan geniş söhbət və müzakirələr apardılar.