Öyrəndiklərimiz,bacardıqlarımız!

Cabbarova Könül müəllimin rəhbərliyi ilə 1g sinfinin Əlifba bayramı keçirildi.Bayram rəngarəngliyi ilə seçilirdi.Birincilərin sevincinin həddi hüdudu yox idi. Tədbir Zahid Xəlilin “Güzgü nağılı” –nın əsasında qurulmuşdu. Şagirdlər baxmayaraq ki,birinci sinifdə oxuyurlar onların söylədiyi şeirlər təqdirə layiq idi. Rəngarəng rəqslər, səhnəciklər tədbirə xüsusi şənlik qatırdı. Sonda kiçik əsgər paltarlı şagirdlər əllərində üçrəngli bayrağımızı dalğalandıraraq “ Yaşa Azərbaycan ”mahnısını səsləndirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi