15 Sentyabr - Bilik günüdür.

15 Sentyabr - Bilik günüdür.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi,ərazilərimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin direktoru Yaqut xanım Məmmədova tədbiri açaraq müəllim və şagird kollektivini, qonaqları salamladı.

Yaqut xanım "Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın xilaskarı və qurucusudur " mövzusunda çıxış edərək, ölkəmizin Prezidenti Cənab İlham Əliyevin təhsilə olan diqqətindən, 2022-2023-cü tədris ilində məktəbin nailiyyətlərindən, məzunlarımızın Ali məktəblərə qəbul faizindən məlumat verdi.

Tədbirdə iştirak edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov "Bilik günü " münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edərək, onlara yeni dərs ilində uğurlar arzuladı.

Sonra bədii hissədə şagirdlərin vətənpərvərlik ruhlu çıxışları dinlənildi, şeirlər, mahnılar ifa olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi