İngilis dilində viktorina

Bu gün məktəbimizin ingilis dili müəllimi Gülnar Qocayeva VI sinif şagirdləri arasında viktorina təşkil etdi. Yarışda üç komanda iştirak edirdi: dahilər, ağıllılar ,müdriklər. Suallar mövzu etibarilə rəngarəng idi. Verilən tapşırıqları yoxlamaq üçün yoxlama qrupu təşkil olundu. İzzət Qurbanova , Roza Məmmədova, Ulduzə Babayeva , Püstəxanım Əliyeva şagirdlərin cavablarını qiymətləndirdilər. Dahilər komandası I yerə, ağıllılar komandası II yerə, müdriklər komandası isə III yerə layiq görüldü. Komandaların rəhbərləri diplomlarla təltif olundular. Komandanın digər nümayəndələrinə isə hədiyyələr verildi. Tədbirin sonunda direktor müavini Susilə Abbasova qalib komandaları təbrik etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi