Keçmişimizə səyahət

Məktəbimizin tarix müəllimi Əzimova Əfsanə "Keçmişimizə səyahət" adi altında ekskursiya təşkil etdi. Bu gəzintiyə Şirvanşahlar sarayı, Qız qalasi və Qobustan Milli Qoruğu daxil idi. Məktəbizin müəllimləri K.Dilarə, T.İlahə, Ş.Şəlalə, B.Ulduzə, H.Ziyagül, M.Nərminə, M.Zülfiyyə və Va, Vf, Vg, VIIf, VIIIg siniflərinin iştirakı ilə tariximizə səyahətə başlanıldı. Yol boyu ekskursiya rəhbərləri şagirdləri əyləndirmək üçün müxtəlif intellektual oyunlar keçirir, tariximiz haqqında söhbətlər aparırdılar. Qız qalası və Şirvanşahlar sarayında gəzinti zamanı XI- XVI əsrlərə aid eksponatlar, tarixi abidələrlə tanışlıq şagird və müəllim kollektivinin böyük marağına səbəb oldu. Tariximizin qədimliyi hər kəsdə qürur hissi yaratdı. Qobustan Milli Qoruğu isə başqa bir aləm idi. İlk insanların yaşadığı məskənlə tanış olmaq həm təəccüblü, həm də maraqlı idi.