Xoşbəxt uşaqlar!

Bildiyimiz kimi Azərbaycanda " Sağlam sinif sağlam həyat " layihəsi üzrə 6 məktəb, 12 sinif fəaliyyət göstərir. Bizim məktəbdə bu layihə üzrə 3 sinif fəaliyyət göstərir. Bu siniflərdə keçirilən təlim üsulları,uşaqların oturacaqları yəni,partalar,şagirdlərin idman etdiyi müəyyən hərəkətlər və.s fərqlənir. Bu fərqlilik Qönçə müəllimənin rəhbərlik etdiyi 1e sinfinin keçirdiyi " Xoşbəxt uşaqlar " adlanan tədbirdə də özünü göstərdi. Tədbir nağıl əsasında qurulmuşdu. Sehirbaz və Pəri qız nağılın personajları idi. Şagirdlər həvəslə müxtəlif ölkələrin rəqslərini nümayiş etdirdilər. Oğlanlar idman hərəkətləri ilə öz məharətini göstərdilər. Tədbirin sonuna qədər uşaqlarda yorğunluq hiss olunmadı. Sonda şagirdlərin fəaliyyətini məktəb rəhbərləri qiymətləndirdilər. Hüseynli Flora adlı qızcığaz xoşbəxt uşaqları əks etdirən bir rəsm nümayiş etdirdilər. Şagirdlərin sevincinə zalda əyləşən valideynlər, nənələr, babalar da qoşuldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi