"Qış nağılı"

Bu gün məktəbimizdə ibtidai sinif müəllimlərinin təşkil etdiyi "Qış nağılı "adlı tədbir keçirildi. Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada uşaq kollektivləri maraqlı proqramla çıxış etdilər. Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında gözəl hisslər doğurdu. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng etdi.Tədbirin keçirilməsində Günay Əhmədovanın əməyi xüsusi olaraq qeyd olundu. Tədbirin sonunda məktəbin rəhbərləri və məktəbin direktoru Natiq Səmədov şagirdləri bayram münasibətilə təbrik etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi