Mütailəni sevirik.

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması şagirdlərin müasir Azərbaycan yazıçıları ilə görüşlərinin keçirilməsi, oxuduqları əsərlərin səhnələşdirilməsinin təşkil edilməsi əmrini nəzərə alaraq İ.Tağıyev adına 26 nömrəli tam orta məktəbin müəllimi Babayeva Sevdanın rəhbərlik etdiyi 3ə sinif şagirdlərinin şairə-yazıçı Azərbaycan yazıçılar və jurnalistlər birliyinin üzvi , bir neçə uşaq kitabının müəllifi Gülarə Munislə görüşü təşkil olundu.Görüşdə şairənin uşaqlar üçün yazdığı şeirlər,təmsillər səsləndi.“Dərzi”nağılı və bir neçə təmsili səhnələşdirildi. Tədbirdə məktəbin direktoru S.Natiq, dərs hissə müdirləri Ə.Esmira Ə.Böyükxanım, Ə.Fəzilə, müəllimlərdən N.Rəfiqə,Ə.Reyhanə,Ə.Leyla,C. Könül və valideynlər iştirak edirdi. Uşaqların söylədiyi şeirlər,uğurla nümayiş etdirdikləri tamaşa müəllif, pedaqoji kollektiv, valideynlər tərəfındən rəğbətlə qarşılandı.Məktəbin direktoru şagirdləri bu gözəl çıxışlarına görə təbrik etdi.Şairə G.Munis çıxış edərək məktəb rəhbərliyinə ,müəllim və şagirdlərə bu görüşün təşkilinə görə öz dərin minnətdarlığını bildirdi.Tədbirin sonunda şairə uşaqlara öz kitablarından hədiyyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi